2018-ci il oktyabrın 2-də Şimali Kipr Türk Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri xanım Ufuk Turgener Xəzər Universitetinin qonağı oldu.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı səfirlə görüşdü. Görüşdə təhsil əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olundu.