2018-ci il oktyabrın 2-də Humanitar və Sosial Elmlər fakültəsi Psixologiya departamentinin magistr tələbələrinin tezislərinin müdafiəsi keçirildi.
Xəzər Universitetinin Magistratura, Doktorantura və Elmi işlər bölməsinin müdiri Eldar Şahgəldiyev (sədr) müdafiəni açıq elan etdi. Müdafiə Şurasının üzvləri –Humanitar və Sosial Elmlər fakültəsinin dekanı dosent Cabir Xəlilov, Dr. Ləman Verdiyeva, dosent Müşviq Mustafayev, Dr.İnarə Məmmədli, doktorant Mələk Kərimova, şuranın katibi isə Nilufər Əlizadə idilər.
Psixologiya departamentinin magistr tələbələri Nigar Ağayeva, Fəridə Məmmədova, Sona Davudova, Günay İsmayılova, Bibixanım Quliyeva və Nərmin Sucayeva tezislərini müdafiə etdilər.