2018-ci il sentyabrın 28-də Xəzər Universiteti Təhsil fakültəsi tarix müəllimliyi ixtisasının 1-ci il tələbələrinə Tarix və arxeologiya departamentinin müəllimi Orxan Zamanovun tədris etdiyi arxeologiya fənni AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Muzey-sərgi” zalında keçirildi. Muzeydə keçirilən dərs tələbələr üçün olduqca maraqlı oldu. Dərs zamanı tələbələr onları maraqlandıran məsələlərlə bağlı çoxlu suallar verdilər və qeydlər apardılar.