2018-ci il sentyabrın 20-si və 21-də İctimai Televiziyada “Azad Mirzəcanzadə” televiziya filmi nümayiş etdirildi. Filmdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının Azad Mirzəcanzadə şəxsiyyəti və onun elmi-pedaqoji fəaliyyəti haqqında fikirləri də əks olunmuşdur.