2018-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında diplomların təqdim olunması mərasimi keçirildi. Mərasimdə Xəzər Universiteti Təhsil fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Elza Səmədovaya dosent diplomu təqdim olundu.
Qeyd edək ki, müvafiq qərar Ali Attestasiya Komissiyasının 11 may 2018-ci il tarixli kollegiya iclasında qəbul edilmişdi.