Xəzər Universiteti artıq dördüncü dəfədir ki, Azərbaycanda onuncu dəfə keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalında iştirak edir. Festival çərçivəsində 2018-ci il sentyabrın 20-də Beynəlxalq Muğam Mərkəzində universitetin Musiqi və incəsənət departamentinin müdiri, əməkdar müəllim, pianoçu Zülfiyyə Sadıqovanın Azər Dəmirovla (violin, ABŞ) birgə konseri olmuşdur. Onların birgə ifasında Sen-Sans, Brams, Debüssi, Qara Qarayev, Fikrət Əmirov və Murad Kajlayevin, Zülfiyyə Sadığovanın öz ifasında isə List və Kajlayevin əsərləri səslənmişdir.
Konsertdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə iştirak etmişdir.
Konsert AzTV tərəfindən yayımlanmaq üçün lentə alınmışdır.