Bakının Qurtuluşunun 100 illiyi münasibəti ilə Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müəllimi tarix elmləri doktoru, professor Nəsiman Yaqublunun “Qafqaz İslam Ordusunun Azərbaycanda izləri” kitabı “Nurlar” nəşriyyatında çapdan çıxmışdır.
Kitabda Qafqaz İslam Ordusunun azad etdiyi bütün bölgələr haqqında məlumat verilməklə yanaşı, bu savaşlarda şəhid olmuş və bugünədək Azərbaycanın müxtəlif bölgələrində qorunub saxlanılan türk əsgərlərinin məzarları ilə də bağlı məlumatlar var.
Yaxın günlərdə kitabın geniş təqdimatı keçiriləcək.