2018-ci il sentyabrın 13-də Xəzər Universiteti İnkişaf Mərkəzi və Təhsil fakültəsinin təşkilatçılığı ilə Erasmus Plus PETRA layihəsi (573630-EPP-1-2016-1-AZ-EPPKA2-CBHE-JP) çərçivəsində Fulbright Professoru Qaisar Sultananın təqdimatında “Auditoriyada ilk gün” adlı seminar keçirildi. Professor Sultana öz təcrübələrini iştirakçılarla bölüşməklə yanaşı, elmi-tədqiqat nəticələrini də onların diqqətinə çatdırdı.
Seminarda fakültələrin müəllimləri və kitabxana əməkdaşları iştirak edirdilər.