2018-ci il sentyabrın 12-də Amerikanın Şərqi Kentukki Universitetinin Fulbrayt təqaüdçüləri Qaisar Sultana və Ron Smith Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzini ziyarət etdilər. Qonaqlar kitabxana fondu, yeni kitablar, Xəzər Universitetinin nəşrləri ilə tanış oldular.
Sonra kitabxana əməkdaşları ilə birgə təhsil və kitabxana mövzu və problemləri ətrafında müzakirələr apardılar.