2018-ci il avqustun 4-də Xəzər Universitetinin Kompüter elmləri departamentinin doktorantı Abdulsalam S. Mustafa Türkiyənin İstanbul şəhərində keçirilmiş "New Trends in Education: Teaching, Learning and Technology (EAERC)" adlı beynəlxalq konfransda "Nigeriyada 36 dövlət qanunvericiliyində Parlament vebsaytlarının nəzərdən keçirilməsi" mövzusunda məruzə etmişdir.
Konfrans materialları Scopus indexli jurnallarda dərc olunacaq.