Xəzər Universiteti Xəzər Psixoloji Xidmət Mərkəzinin direktoru, Psixologiya Departamentinin koordinatoru Mələk Kərimova Türkiyənin Ankara şəhərində Kognitiv Davranış Psixoterapiyalar Dərnəyinin 2018-ci il avqustun 12-17-də təşkil etdiyi təlimdə iştirak etmişdir. Bu dərnək Kognitiv Terapiya Akademiyasının, Avropa Kognitiv Davranış Terapiyaları Assosiasiyasının Türkiyədəki üzv qurumudur.
Təlim dərnəyin rəhbəri, bu sahədə tanınmış professor Mehmet Hakan Turkcapar tərəfindən keçirilmişdir.