2018-ci il iyulun 13-də Xəzər Universiteti Siyasi elm və beynəlxalq münasibətlər departamentinin koordinatoru Elmar Mustafayev “Qafqazda Avropa inteqrasiyası və regional inteqrasiya sistemləri arasında rəqabət” mövzusunda təşkil edilmiş yay məktəbində “Avropalaşma mexanizmləri vasitəsilə münaqişə həlli: Dağlıq Qarabağ münaqişəsi nümunəsində” mühazirəsi ilə çıxış etmişdir.
Yay məktəbi Qafqazda Avropaşünaslıq ixtisaslarının inkişaf etdirilməsi layhihəsi (DESCnet) çərçivəsində İstanbul Yeditepe Universitetində iyulun 9-13-də keçirilmişdir.