2018-ci il iyulun 2-də Xəzər Universitetinin Azərbaycan dili və ədəbiyyatı departamenti doktorant Mədinə Karahanın “Əhməd Ağaoğlu yaradıcılığı Türkiyə ədəbi, ictimai-siyasi həyatında” adlı dissertasiya işinin ilkin müzakirəsini keçirdi. Müzakirədə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları –professor Bədirxan Əhmədov, professor Təyyar Salamoğlu, professor Asif Rüstəmli, Xəzər Universiteti Azərbaycan dili və ədəbiyyatı departamentinin müəllimləri –dosent Dilbər Zeynalova, Qardaşxan Əzizxanlı və başqaları iştirak edirdilər.