2018-ci il iyunun 27-si və 28-də Xəzər Universitetində “Kurrikulumun tərtib edilməsi” (Curriculum design) adlı seminar və “Qarışıq öyrənmə” (Blended learning) adlı vörkşop keçirildi. Seminar və vörkşop Tartu Universitetinin Johan Skytte Siyasi Elmlər İnstitutunun (Johan Skytte Institute for Political Studies) müdir müavini Olqa Boqdanova tərəfindən həyata keçirildi.
Seminarda Xəzər Universitetinin akademik və inzibati işçiləri iştirak etdilər.