2018-ci il iyunun 12-də Humanitar və sosial elmlər fakültəsinin magistr tələbələrinin tezislərinin müdafiəsi keçirildi. Xəzər Universitetinin Elmi işlər üzrə prorektoru dosent İradə Xəlilova (sədr) müdafiəni açıq elan etdi. Müdafiə şurasının üzvləri –Humanitar və sosial elmlər fakültəsinin dekanı dosent Cabir Xəlilov, Dr. Ləman Verdiyeva, dosent Müşviq Mustfayev, doktorant Mələk Kərimova, şuranın katibi isə Nilufər Əlizadə idilər.
Psixologiya departamentinin magistr tələbələri – Aydan İbrahimova, Aysel Məmmədzadə, Fəridə Əsədova, Gülər Zamanzadə, İlahə Muradova, Qədəmli İsmayılova, Nigar Musayeva, Rəhimə Eldarova, Təhminə Rəsulzadə, Zeynəb Həcəmova, Nigar Müxdəsənova uğurla tezislərini müdafiə etdilər.