Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının İranın “Əxtər” nəşriyyatında “Azərbaycan Sevgi Poeziyası” kitabının ilk 2 cildi nəşr olunmuşdur (ərəb əlifbası ilə Azərbaycan dilində). Kitab Hamlet İsaxanlının “Yaxşı sevgi şeirlərimiz...” adlı giriş sözü və “Sevgi və Poeziya” adlı məqaləsi ilə açılır.