2018-ci il mayın 23-də Meksikanın Azərbaycandakı səfiri cənab Rodrigo Labardini müqayisəli siyasət dərsində qonaq mühazirəçi kimi çıxış etdi.
Cənab Labardini hakimiyyətin paylaşılması, hər bir hakimiyyət qolunun məsuliyyəti və 3 struktur (qanunverici, icraedici, məhkəmə) arasında mövcud olan qarşılıqlı “nəzarət və balans” mexanizmi haqqında danışdı. Eyni zamanda, cənab səfir tələbələrlə birlikdə müxtəlif idarəçilik modellərini və ölkələrin fərqli idarəçilik sistemlərinin müqayisəli təhlilini apardı.
Mühazirə sual-cavab sessiyası ilə başa çatdı.