2018-ci il mayın 15-də Nyu Yorkdakı “Rocheston” MMC-nin prezidenti və İdarə Heyətinin sədri xanım Haja Mohidin Xəzər Universitetinin şəhər mərkəzindəki (Bəşir Səfəroğlu küç.122) binasında “İnnovasiya və liderlik” mövzusunda seminar verdi. Seminar biznes innovasiyası, dizayn, inqilabi ideyalar, startaplar, internetə qoşulan cihazlar, əqli mükiyyət və patent hüququ mövzularını əhatə edirdi. Seminarda İqtisadiyyat və menecment fakültəsinin tələbələri iştirak edirdilər.
Seminarın sonunda xanım Haja Mohidin və Fuat Rəsulov iştirakçılara sertifikat təqdim etdilər.