2018-ci il mayın 12-də Xəzər Universiteti Karyera Mərkəzi Xəzər Universitetinin şəhər mərkəzindəki korpusunda (B.Səfəroğlu küç. 122) magistr tələbələri üçün məlumat sessiyası keçirdi. Karyera Mərkəzinin nümayəndələri Karyera Sərgisinə hazırlıq prosesi və mərkəzin fəaliyyəti barədə tələbələrə məlumat verdilər.