AzərTAc-ın verdiyi xəbərə görə Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin həmkarlar ittifaqının təşkilatçılığı ilə Ağdam rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Ümummilli lider Heydər Əliyev və Dağlıq Qarabağ” adlı konfransda Xəzər Univerisitetinin professoru Zülfiyyə Sadıqovanın bədii rəhbərliyi ilə Xəzər Universiteti Kamera Orkestri Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirmişdir.