2018-ci il mayın 5-dən 7-dək Xəzər Universitetinin Psixologiya departamentinin müəllimi Nilufər Əlizadə Türkiyənin İstanbul şəhərində “Yeşil Işık Eğitim ve Psikolojik Danışmanlık” və “PAREM Psikoloji, Analiz ve Rehberlik” mərkəzlərində oldu. “Uşaqlarda davranış problemləri və həll yolları” adlı təhsil proqramına qatılan Nilufər Əlizadə daha sonra “Proyektiv testlərin tətbiqi və tədrisi” adlı seminarı uğurla başa vuraraq tətbiqetmə və tədris sertifikatları ilə təltif olundu.
Qeyd edək ki, tədris proqramlarından sonra mərkəzdə fəaliyyət göstərən peşəkar psixoloqlar ilə Xəzər Universitetinin Psixologiya departamentinin gələcək işləri və əməkdaşlıqlar haqqında müzakirələr oldu.