2018-ci il mayın 8-i və 10-da Xəzər Universiteti Karyera Mərkəzinin məlumat sessiyası keçirildi. Karyera Mərkəzinin könüllüləri Karyera Sərgisinə hazırlıq prosesi və mərkəzin fəaliyyəti barədə yerli və xarici tələbələrə məlumat verdilər.
Tələbələr təlim prosesindən keçmək üçün qeydiyyatdan keçdilər, mərkəzin tədbirlər cədvəli ilə də yaxından tanış oldular.