“525-ci qəzet”in 5 may 2018-ci il tarixli nömrəsində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının poetik yaradıcılığı haqqında filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlinin “Ləyaqətin anatomiyası” adlı irihəcmli məqaləsi dərc olunmuşdur. Professor Hamlet İsaxanlının 70 illik yubileyinə həsr olunan məqalədə onun şeirləri tədqiq edilərək, özünəməxsus orijinal xüsusiyyətləri şərh olunmuşdur.