2018-ci il aprelin 26-da “Azərbaycan tarixi” dərsi (B) qrupunun tələbələri ilə növbəti dərs Milli Azərbaycan Tarixi Muzeyində keçirildi. Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müəllimi t.ü.f.d. Səbuhi Əhmədovun apardığı dərsdə tələbələr muzeyin daimi ekspozisiyası ilə ilə tanış oldular. Onlara Azərbaycanın qədim və orta əsrlər dövrü tarixinin şanlı səhifələri haqqında məlumat verildi. Muzeyin bələdçisi Günay Gülməmmədova Azərbaycan dövlətçiliyinin inkişaf xəttini tarixi eksponatlar vasitəsilə əyani olaraq nümayiş etdirdi.
Dərsin sonunda Səbuhi Əhmədov tələbələrin suallarını cavablandırdı.