2018-ci il aprelin 19-da Xəzər Universiteti Magistratura, doktorantura və elmi işlər bölməsi Siyasi elm və beynəlxalq münasibətlər departamenti ilə birlikdə doktorant Şəhriyar Məmmədovun “ABŞ-Azərbaycan münasibətləri: siyasi təhlil” adlı dissertasiya işinin ilkin müzakirəsini keçirdi. Müzakirədə AMEA Fəlsəfə İnstitutunun əməkdaşları – professor Əlikram Tağıyev, f.e.d. Füzuli Qurbanov, s.ü.f.d. Sənan Hesenov, Telman Quliyev, f.ü.f.d. Məhəmməd Cəbrayılov, f.ü.f.d. Hüseyn İbrahimov, s.ü.f.d. Ruhəngiz Hacıyeva, Vəfa Saleh, A.Bakıxanov adına Tarix İnstitutunun böyük elmi işçisi t.ü.f.d. Mahir İbrahimov, Xəzər Universiteti Magistratura, doktorantura və elmi işlər bölməsinin müdiri f.ü.f.d. Eldar Şahgəldiyev, Xəzər Universiteti Siyasi elm və beynəlxalq münasibətlər departamentinin koordinatoru Elmar Mustafayev, departamentin müəllimi Günay Muxtarova iştirak edirdilər.