2018-ci il aprelin 16-da Xəzər Universitetində FHN-nin Yanğına qarşı Mübarizə İdarəsi əməkdaşlarının iştirakı ilə seminar keçirildi. Seminarı universitetin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli açaraq təhlükəsizlik tədbirləri haqqında məlumat verdi və qonaqları seminar iştirakçılarına təqdim etdi. FHN-nin Bakı Regional Mərkəzinin baş zabiti kapitan Ramil Səfərov və FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin böyük inspektoru daxili xidmət mayoru Xanlar Mahmudov təhlükəsizlik tədbirləri haqqında geniş məlumat verdilər.
Sonra tələbələri maraqlandıran suallar cavablandırdı.