2018-ci il martın 30-da Xəzər Universitetinin potensial tələbələr üzrə işçi qrupunun koordinatoru Fuat Rəsulov, İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli və İqtisadiyyat və menecment departamentinin koordinatoru Elvin Məmmədov Şirvan şəhərlərində səfərdə oldular. Səfər zamanı universitetin nümayəndələri Şirvan şəhərində yerləşən “Alfa” hazırlıq kurslarının rəhbərliyi və “İstək” liseyində məktəbin kollektivi ilə görüşdülər və onlara Xəzər Universiteti haqqında geniş məlumat verdilər.