Aprelin 9-da Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Professor Hamlet İsaxanlı Malayziyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Roslan Abdul Rahman və Malayziya Turizm səfiri Datuk Nərgiz Səfərova ilə, həmçinin “Dünya” Təhsil Kompleksinin rəhbəri xanım Mərifə Mədətli ilə görüşdü.
Görüşdə Azərbaycan və Malayziya arasında elm, təhsil, mədəniyyət sahəsində əlaqələrin gücləndirilməsi, Xəzər Universitetinin və Dünya Təhsil Kompleksinin bu işə verə biləcəyi töhfələr müzakirə olundu.