2018-ci il martın 16-da Xəzər Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Mühacirlərin dönüşü” adlı açıq mühazirə keçirildi. Siyasi elm və beynəlxalq münasibətlər departamentinin təşkilatçılığı ilə baş tutan tədbirin qonaq mühazirəçisi 2012-ci ildən Azərbaycan Xalq Cümhuriyyəti və mühacirət tarixi ilə bağlı araşdırma aparan jurnalist-yazar, kolleksiyaçı Dilqəm Əhməd idi. Tədbirdə, həmçinin, Dilqəm Əhmədin kolleksiyasına aid cümhuriyyət dövrünün nadir foto və sənədləri də sərgilənmiş və “Mühacirlərin dönüşü” və “Fərqlilər” kitablarının təqdimatı və imza günü keçirildi.