2018-ci il martın 19-da Xəzər Universitetində Novruz münasibətilə bayram şənliyi keçirildi. Tədbirdə universitetin rəhbərliyi, dekanlar və departament müdirləri, əməkdaşlar, tələbələr və qonaqlar iştirak edirdilər.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı iştirakçıları təbrik etdi, əməkdaşlara fəaliyyətlərində, tələbələrə təhsillərində uğurlar arzuladı və bayram tonqalını yandırdı.
İştirakçılara universitetin Musiqi və incəsənət departamentinin hazırladığı konsert proqramı təqdim olundu.