2018-ci il martın 9-da Xəzər Universiteti Doktorantura və Magistratura Tələbə Birliyinin seminarı “Humanitar elmlərdə istifadə olunan tədqiqat metodları”na həsr olunmuşdu. Seminarın məruzəçisi Xəzər Universiteti Psixoloji Xidmət Mərkəzinin direktoru Mələk Kərimova təcrübəsini iştirakçılarla bölüşdü. Bu seminarda tədqiqat metodlarında istifadə olunan keyfiyyət və kəmiyyət yanaşmalarından bəhs olundu.
Sonda iştirakçıların sualları cavablandırıldı.