Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı olan “Azərbaycan” jurnalının 2018-ci il fevral sayında Xəzər Universiteti Təhsil fakültəsi Azərbaycan dili və ədəbiyyatı departamentinin müəllimi Qardaşxan Əzizxanlının çevirməsində Türkiyənin tanınmış yazarı Zeynalabidin Makasın “Muradı gözündə qalanlar” adlı əsərindən bir parça dərc edilmişdir. Qarabağla bağlı əsərdə Xocalı faciəsindən doğan ağrı-acılar da yer almışdır.