2018-ci il fevralın 28-də Xəzər Universiteti Karyera Mərkəzinin meneceri Səbinə Allahverənova tələbələrə CV-nin hazırlanması təlimi keçirdi. Təlimin ilk hissəsində, CV hazırlama prosesində, adətən, yol verilən səhvlər müzakirə olundu, daha sonra isə CV-nin əsas məzmunun nələrdən ibarət olmalı olduğu barəsində tələbələrə ətraflı izahat verildi.
Bir saat davam edən təlimin sonunda tələbələrin sualları cavablandırıldı.