Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 2138 Arxiv
XƏBƏRLƏR
12 Fevral, 2026"Sİ-nin real dünyaya təsiri" mövzusunda seminar
10 Fevral, 2026Xəzər Univeriteti və “Dünya” Məktəbinin əməkdaşlığı çərçivəsində “Süni İntellekt, Rəqəmsallaşma və Ali Təhsilin Gələcəyi” mövzusunda panel müzakirə keçirildi
09 Fevral, 2026Xəzər Universitetinin İnformasiya texnologiyaları departamentinin direktoru Fərid Musayev  İctimai TV-də
06 Fevral, 2026Qərbi London Universitetinin nümayəndələri  "Xəzər"də
30 Yanvar, 2026Xəzər Universiteti Nature Index reytinqində tədqiqat nəticələrinə görə Azərbaycanda birinci yeri tutub
29 Yanvar, 2026Xəzər Universiteti Avropanın ən yaxşı 400 universiteti sırasında yer alıb
26 Yanvar, 2026Nailəxanım Təqaüd Proqramının qalibi mükafatlandırılıb
22 Yanvar, 2026Universitetin rəhbərliyi və əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər
21 Yanvar, 202620 yanvar hadisələrinin 36-cı ildönümünə həsr olunan anım tədbiri
26 Dekabr, 2025Khazar Talks-3: “Çinin xarici siyasəti: konsepsiyalar, aktorlar və regional dinamikalar” mövzusunda akademik seminar  

“Dünya” məktəbində professor Hamlet İsaxanlı ilə görüş

2018-ci il fevralın 23-də “Dünya” məktəbinin “İnciçiçəyi” salonunda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə görüş keçirildi. Zəngin proqramlı ədəbi-bədii kompozisiyadan ibarət tədbirdə “Dünya” məktəbinin müəllimləri və valideynlər, Xəzər Universitetinin əməkdaşları, ölkənin görkəmli elm, ədəbiyyat və incəsənət xadimləri, dövlət nümayəndələri, xarici olkələrin Azərbaycandakı səfirliklərinin əməkdaşları və digər qonaqlar iştirak edirdilər.

Tədbirdən əvvəl iştirakçılar və qonaqlar məktəbin foyesində məktəbin rəssamı Mir Rafiq Əbdülrəhimovun rəhbərliyi ilə hazırlanmış sərgi ilə tanış oldular. Sərgidə professor Hamlet İsaxanlının elmi və bədii kitabları, məqalələri çap olunmuş xarici jurnallar, ölkədə və xaricdə fəaliyyətinə aid fotoşəkillər nümayiş etdirilirdi.

Aparıcıları “Dünya” məktəbinin müəllimləri – Arzu Ömərova, Elşad Rzayev və Gülnar Əliyeva olan tədbir “Yaranış” adlı mətn-fonoqramla başlandı.

Qeyd edək ki, ədəbi-bədii kompozisiyaya daxil edilmiş şeirlər, xanəndə və müğənnilər tərəfindən ifa olunmuş mahnıların sözləri şair Hamlet İsaxanlıya məxsus idi.

Xəzər Universitetinin, “Dünya” məktəbinin və Avrasiya Akademiyasının yaranmasını əks etdirən slayd-şoular, film fraqmentləri, “İnciçiçəyi” filmindən süjetlər professor Hamlet İsaxanlının həyat və yaradıcılığının müxtəlif məqamlarını, “Dünya” məktəbinin həmtəsisçisi, Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurası sədrinin müşaviri Nailəxanım İsayevanın professorun bütün təhsil quruçuluğu fəaliyyətində onunla yanaşı addımladığını əks etdirirdi.

Tədbirdə şairin “Ana” şeiri məktəbin əməkdaşı Afaq Qəmbərovanın, “İkimizdən birimiz” şeiri Afaq Qəmbərova və məktəbin əməkdaşı Murad Allahverdinin, “Çiçəkli çəmən” qəzəli məktəbin müəllimi Mədinə Karahanın, “Uşaqlığımda qalan buludlar”, “Bu bir həyatdır”, “Bu dünyaya nə gətirdim” şeirləri və “Ziyarət” poemasından parçalar isə aparıcıların ifasında səsləndi.

Əməkdar artist Fərqanə Qasımova “Rübai” (bəstəkar Fərqanə Qasımova, musiqi tərtibatı Fərahim Qulubəyov), İrandan xüsusu olaraq bu tədbirə dəvət olunmuş məşhur xanəndə Vədud Müəzzinzadə “Yaşamağa nə var ki” şeirini muğam təsnifində, xalq artisti Gülyanaq Məmmədova “Nə yaxşı ki” (bəstəkar əməkdar artist Nailə Mirməmmədli), əməkdar artist Manana Caparidze “Külək və qız” (bəstəkar Nailəxanım İsayeva), xalq artisti Azər Zeynalov “Mənə ayrılan vaxt” (bəstəkar Tahir Əkbər) mahnılarını ifa etdilər. Xalq artisti Alim Qasımovun ifasında “Nə olaydı” adlı mahnı-süjetin (bəstəkar Alim Qasımov, musiqi tərtibatı Fərahim Qulubəyov) video-klipi təqdim olundu.

Məktəbin rəqs müəllimləri - əməkdar artist Emin Əliyev və Səbinə İsmayılova, Xəzər Universitetinin qızlardan ibarət rəqs ansamblı tədbirdə çıxış etdilər.

“Dünya” məktəbinin şagirdləri Ayla Qarayeva və Hakan İsaxanlı hazırladıqları etüd-kompozisiyanı nümayiş etdirdilər.

Səhnədəki çıxışları royalda əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli, “Dünya” məktəbinin müəllimi bəstəkar Sevda İbrahimova və digər sənətçilər müşayiət edirdilər

Xalq artisti Alim Qasımov, şair Ramiz Rövşən, AMEA-nın müxbir üzvü, “Zadə İrsi və Süni İntellekt” Assosiasiyasının prezidenti Rafiq Əliyev, xalq artisti rejissor Ramiz Həsənoğlu Hamlet İsaxanlıya gül dəstələri təqdim edərək, səmimi təbriklərini çatdırdılar.

Tədbirdə AMEA-nın Mexanika və Riyaziyyat İnstitutunun direktoru Misir Mərdanov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, AMEA-nın həqiqi üzvü, Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov çıxış etdilər.

Çıxışlarda professor Hamlet İsaxanlı görkəmli təhsil təçkilatçısı – Azərbaycanda ilk özəl universitet olan, dünya universitetləri reytinqində yüksək yer tutan Xəzər Universitetinin və “Dünya” məktəbinin qurucusu, Azərbaycanın hüdudlarından kənarda da tanınan riyaziyyatçı alim, nümunəvi ziyalı və şəxsiyyət, ictimai xadim kimi səciyyələndirildi.

Tədbirin layihə rəhbəri məktəbin direktoru Mərufə Mədətli, ssenari müəllifi məktəbin İctimai əlaqələr və media üzrə koordinatoru Afaq Qəmbərova, rejissoru məktəbin bədii rəhbəri Murad Allahverdi və quruluşçu rəssamı Mir Rafiq Əbdülrəhimov idi.

Tədbir iştirakçılar və qonaqlar tərəfindən çox yüksək qiymətləndirildi.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026