Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 1722 Arxiv
XƏBƏRLƏR
13 Avqust, 2026Xəzər Universitetinin İT departament rəhbəri telefonların istifadəçiləri necə “izlədiyini” izah edib
13 Avqust, 2026Süni intellekt sistemlərindən asılılıq riskləri mövzusu İT departament rəhbərinin ekspert yanaşmasında  
12 Avqust, 2026Xəzər Universitetinin İT departament rəhbəri saxta satış səhifələrindən qorunma yolları barədə ekspert kimi çıxış edib  
12 Avqust, 2026İT departament rəhbəri saxta “WhatsApp” mesajlarından qorunma yolları barədə
07 Avqust, 2026Xəzər Universitetinin İnformasiya Texnologiyaları Departamentinin direktoru "Xalq qəzeti"ndə süni intellektin qlobal iqtisadiyyata təsiri barədə məqalə ilə çıxış edib
27 İyul, 2026FAO nümayəndə heyəti Hasvet baytarlıq təbabəti fakültəsində
23 İyul, 2026Azərbaycandan ilk dəfə Xəzər Universiteti  Koalisiyaya üzv oldu  
20 İyul, 2026Xəzər Universitetinin nümayəndə heyəti Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzində
20 İyul, 2026Xəzər Universitetinin  55-ci məzunluq mərasimi
20 İyul, 2026“Xəzər”in nümayəndə heyətinin Türkiyədə işgüzar görüşləri

Xəzər Universiteti EURIE-2018 Təhsil Sammitində

2018-ci il fevralın 14-də Türkiyənin İstanbul şəhərində Lütfi Kırdar Konqres Mərkəzində EURIE-2018 Sammitinin rəsmi açılışı oldu. Sammitdə dünyanın 80 ölkəsindən 400-ə yaxın universitet, institut, təhsil qurumları və digər təşkilatlar iştirak edirdilər. Açılışda Türkiyənin və xarici ölkələrdən dəvət olunmuş dövlət rəsmiləri çıxış etdilər.

Sammitin rəsmi açılışından sonra konqres mərkəzində universitetlərin və digər qurumların Təhsil Sərgisinin nümayişinə başlanıldı. Rəsmi qonaqlar Xəzər Universitetinin sərgi salonunu ziyarət etdilər. Hər il olduğu kimi, bu il də Xəzər Universiteti öz sərgi salonu ilə seçilirdi. Universitetin sərgi salonunda bakalavr, magistr, doktorantura bölmələrini özündə əks etdirən xüsusi banerlər, Azərbaycanın və Xəzər Universitetinin bayraqları, masaüstü broşürlər, bloknotlar, qələmlər, çantalar və digər əşyalar var idi. Universitetin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli sammitin ilk günü universitet adından brifinq təşkil etdi.

Xəzər Universitetini ziyarət edən çoxsaylı qonaqlar universitet haqqında xoş sözlər söylədilər. Sammitin ikinci günü Malayziyanın Elm və Ali təhsil naziri İdris Yusuf və rəhbərlik etdiyi nümayəndə heyəti şəxsən Xəzər Universitetini ziyarət etdi və universitetlə yaxından tanış oldu. Ə.Əmirbəyli malayziyalı naziri Bakıya, Xəzər Universitetinə dəvət etdi. İdris Yusuf dəvət üçün dərin təşəkkürünü bildirdi. Sammitin üçüncü günü EURAS-ın prezidenti, Dr. Mustafa Aydın Xəzər Universitetinin sərgi salonunu ziyarət etdi və sərgi salonu haqqında xoş sözlər söylədi və Universitetin rəhbərliyinə dərin təşəkkürünü bildirdi. M.Aydın Xəzər Universiteti tərəfindən summitə həsr olunmuş xüsusi təqvimləri çox bəyəndiyini və bu cür təşəbbüslərin EURAS-ın digər üzvləri tərəfindən də həyata keçirilməsini arzuladı. Elə həmin gün Ə.Əmirbəyli EURAS-ın İdarə Heyətinin toplantısında Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının adından iştirak etdi. EURIE-2018 Sammitinin Təşkilat Komitəsi adından Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıya şəxsən təşəkkür elan edildi.

EURIE-2018 Sammitində Xəzər Universitetinin sərgi salonunu İngiltərə, İtaliya, Amerika Birləşmiş Ştatları, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdə fəaliyyət göstərən universitetlərin nümayəndələri ziyarət etdilər. Bütün qonaqlara Xəzər Universiteti haqqında geniş məlumat verildi və universitetin hədiyyələri təqdim edildi.

Sammitin sonuncu günü xatirə şəkli çəkildi.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026