2018-ci il yanvarın 19-da Xəzər Universitetinin rektoru Dr. Hassan Niknafs Tükriyənin Ankarada yerləşən Qazi Universitetində olub və universitetin rektoru Prof. İbrahim Uslan və prorektor Prof. Yaşar Aydemir ilə görüşüb.
Səfərin əsas məqsədi Mevlana və Erasmus+ proqramı çərçivəsində tələbə mübadiləsi aparmaq imkanlarını araşdırmaq olub. Görüşdə, həmçinin, universitetlər arasında Mülki mühəndislik sahəsi üzrə (bakalavr dərəcəsi) ikili dərəcə proqramını həyata keçirmək imkanları da müzakirə edilib.