2018-ci il yanvarın 12-də Xəzər Universitetinin Təhsil; Mühəndislik və tətbiqi elmlər; İqtisadiyyat və menecment fakültələrinin birinci kurs tələbələrinin N.Nərimanov rayonunda yerləşən Uşaq Psixonevroloji Mərkəzindəki uşaqlarla görüşü keçirildi.
Görüşdə tələbə-könüllülər uşaqlar üçün əyləncəli proqram təqdim etməklə yanaşı, onlara müxtəlif hədiyyələr təqdim etdilər.