2018-ci ilin yanvarın 5-də layihə koordinatoru Rima Məmmədova Xəzər Universitetinin işçiləri üçün Erasmus+ KA2 layihələrinin büdcəsinin yazılması ilə bağlı vörkşop keçirdi. Vörkşopda əvvəlcə iştirakçılara büdcənin yazılması haqqında təqdimat edildi. Daha sonra isə iştirakçılar əvvəlcədən kompüterə yüklənmiş ERASMUS+ büdcəsinin Excel faylları üzərində praktiki olaraq işlədilər.