Xəzər Universitetinin nəşri olan “Azərbaycan arxeologiyası” jurnalının növbəti sayı (Cild:20, Say:2, 2017) çapdan çıxmışdır. Bu sayda xüsusi ilə tunc dövrünə geniş yer verilmişdir. Tunc dövrünün silahları, hərb işinin tarixşünaslığı, Kür hövzəsinin məskunlaşmasının təbii-coğrafi şəraitinə aid məqalələr vardır. Məqalələr həm elmi nəzəri cəhətdən, həm də əməli cəhətdən aktuallığı ilə seçilir.