2017-ci il dekabrın 20-dən 22-dək Xəzər Universiteti Dillər və mədəniyyətlər departmentinin dosenti Elnurə Əzizova Türkiyə Respublikası Türk Tarix Qurumunun təşkilatçılığı ilə hazırlanmış “100. yılında Bağdat ve Kûtu’l-Amâre” adlı beynəlxalq simpoziumda iştirak etdi. Dosent E.Əzizova simpoziumda “Kutul-Amarə mühasirəsində əsir düşmüş İngilis hərbiçilərin yazılarında türk və ərəb təsəvvürü” adlı məruzə ilə çıxış etdi.