2017-ci il dekabrın 25-də Xəzər Universiteti Təhsil fakültəsi tarix müəllimliyi ixtisasının 1-ci il tələbələrinə Tarix və arxeologiya departamentinin müəllimi Orxan Zamanovun tədris etdiyi arxeologiya fənni İçərişəhərdə – Qız qalası abidəsində və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Muzey-sərgi” zalında keçirildi. Azərbaycanın arxeoloji inkişafı tarixi və maddi-mədəni irsinin öyərnilməsi üçün bu dərs çox əhəmiyyətli idi.