2017-ci il dekabrın 14-də Xəzər Universiteti Mühəndislik və tətbiqi elmlər fakültəsinin müəllim və tələbələri Sumqayıt Texnologiyalar Parkında (STP) oldular. Görüşün birinci hissəsində STP-nin mütəxəssislərinin təqdimatları oldu. Sonra isə tələbə və müəllimlər Polimer Məmulatlar, Elektrik Avadanlıqları, Metal Konstruksiyalar, Qaynar Sinkləmə zavodlarında oldular. Zavodların rəhbər və mütəxəssisləri tələbələrə ordakı iş prossesi, emal edilən məhsullar haqqında geniş məlumat verdilər.