Xəzər Universitetinin təsisçisi və Direktorlar və Qəyyumlar Şurasının sədri Professor Hamlet İsaxanlı, və Dünya məktəbinin təsisçisi Nailə xanım İsayeva 19-22 noyabr, 2017-ci ildə Almaniyanın Berlin şəhərində keçirilən “Müstəqil ikidilli məktəblərin “Məktəbə gedən yol” (“Дорога в школу”) adlı beynəlxalq konfrans”da iştirak etmişlər.
Tədbirdə Nailə xanım İsayeva Dünya məktəbi haqqında məlumatla çıxış etmişdir. Professor Hamlet İsaxanlı Xəzər Universiteti və Dünya məktəbinin yaranma səbəbləri və şəraiti haqqında danışmışdır. Həmçinin, o, məktəb konsepsiyası və keyfiyyət mövzusunda çıxış etmiş, plenar iclaslardan birinə həmsədrlik etmişdir.
Prof. Hamlet İsaxanlı və Nailə xanım İsayeva Lomonosov Berlin məktəbinin işi ilə tanış olmuşlar.