2017-ci il noyabrın 24-də Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin təşkilatçılığı ilə tarix müəllimliyi ixtisasının birinci kurs tələbələri Atəşgah məbədində oldular. Tələbələr məbədi gəzdilər. Tarixi qoruğun bələdçisi tələbələrə məbədin tarixi, coğrafi mövqeyi və s. haqqında məlumat verdi.
Qeyd edək ki, Atəşgah XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı sönməz alovların yerində inşa edilmiş od məbədidir.