2017-ci il noyabrın 18-də Xəzər Universiteti Coğrafiya və ətraf mühit departamentinin əməkdaşları Ramana qəsəbəsində yerləşən 78 saylı orta məktəbdə oldular və şagirdlərə “Təhsil sistemində fəlakət riskinin azaldılması” kitabını hədiyyə etdilər. Qeyd edək ki, kitab UNICEF və departament əməkdaşları tərəfindən birgə hazırlanmışdır.