2017-ci il noyabrın 16-da Xəzər Universiteti Coğrafiya və Ətraf mühit departamentinin 1-ci və 4-cü kurs coğrafiya müəllimliyi ixtisasının və İqtisadiyyat və menecment fakültəsinin 1-ci kurs tələbələri və müəllimləri Bakı Ekspo Mərkəzində “Caspian Ecology” 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisində oldular. Sərgidə tələbələr GIZ alman şirkətinin stendində sual-cavabda iştirak edərək müxtəlif hədiyyələr qazandılar.