2017-ci il noyabrın 16-da Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzinin direktor müavini Aytac Misgərli Azərbaycan Kitabxana və İnformasiya Konsorsiumunun iclasında iştirak etdi. İclasda akademik kitabxanaların müxtəlif sahələrdə fəaliyyətinin artırılması, eləcə də beynəlxalq əməkdaşlıq, tədqiqat, təlim, reklam kimi məsələlər müzakirə olunmuşdur.