2017-ci il oktyabrın 21-də Xəzər Universitetinin Çin dili tələbələri Bakı Dövlət Universitetində keçirilən Çin şeirinin oxunması yarışında iştirak etdilər. Tədbirdə İqtisadiyyat və menecment fakültəsinin tələbələri iştirak edirdilər. Əxanullah Nəzəri, Ağaxan Bağırlı və Joyce Lisa Muduve birlikdə “ZaSHi”, Nicat İsmayılov və Məhəmməd Bağırlı “Buddist rəqqaslar”, Əsəd Əsədov və İlqar Orucov “Dalğalar qumu ələyir” və Fatima Əsədova “Əbədi həsrət” şeirlərini oxudular.
Murtaza Əfzalı Çin Yazı Yarışmasında ən yüksək mükafatı aldı və bu münasibətlə mükafatlandırıldı.