2017-ci il oktyabrın 13-də Xəzər Universiteti Doktorantura və Magistratura Birliyi (Khazar University PhD&Master Association) Azərbaycan Elm Assosiasiyasının nümayəndə heyətini Xəzər Universitetində qəbul etdi. Tələbələrlə keçirilən görüşdə həmsədrlərdən Oxford Universitetinin doktorantura tələbəsi Tərlan Süleymanov “Sürücüsüz avtomobillər” mövzusunda seminarını təqdim etdi.
Görüş iki qurum arasında qarşılıqlı əməkdaşlığın ilk addımı olaraq əhəmiyyət daşıyır.