2017-ci il oktyabrın 5-də Xəzər Universiteti Təhsil departamenti “Bir səhnə olaraq sinif və bir aktyor olaraq müəllim” adlı seminar keçirdi. Seminarda müəllimlərin teatral bacarıqlar və səhnəciklər yolu ilə sinifdə edə biləcəyi dəyişikliklər müzakirə edildi və praktiki misallar verildi.
Seminarda Xəzər Universitetinin müəllimlərinin bir qrupu iştirak edirdi.